Azərbaycan Silahlı Qüvvələri İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu təkliflə Müdafiə naziri Səfər Əbiyev Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə yubiley mərasimində çıxış edib. O, deyib ki, prezident İlham Əliyevin qayğısı sayəsində Azərbaycan ordusu möhkəmlənib, bölgədə nüfuzu artıb.
Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu «Azadlıq» radiosuna deyib ki, tədbir iştirakçıları nazirin bu təklifini yekdilliklə qəbul edib.
Azərbaycanda prezident seçkisi bu ilin oktyabrında keçiriləcək.