Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:13

«Qiymətlər və inflyasiya kasıbların xərclərinin 75 faizinə təsir edir»


«Ərzağın ucuz olduğu dövr artıq geridə qalıb»
«Ərzağın ucuz olduğu dövr artıq geridə qalıb»

Asiya İnkişaf Bankı (AİB) yoxsul ölkələrin qiymət artımı ilə mübarizə aparmasına kömək məqsədilə Ehtiyat Fond elan edib. Bank İspaniyanın paytaxtı Madriddə illik iclasını keçirib. İclas zamanı bank rəhbərliyi deyib ki, ərzağın bahalaşmasının davam etməsindən və regionda iqtisadi artımı boğmasından narahatdırlar.


AİB-in prezidenti Haruhiko Kuroda bildirib ki, yeni yardım istiqraz şəklində olacaq və qlobal ərzaq böhranı ilə mübarizədə zəif olan ölkələrin hökumətlərinə veriləcək.


Lakin prezident yardımın dəqiq məbləğini açıqlamayıb, deyib ki, bu, kömək göstəriləcək ölkələrin tələbatından asılı olacaq.


Kurodaya görə, ərzağın ucuz olduğu dövr artıq geridə qalıb. Elə təkcə düyünün qiymətinin son dörd ayda üç qat artması da bunu deməyə əsas verir.


AİB-in prezidenti deyib ki, Asiyanın xüsusilə kasıb sakinlərinə düyü kimi mühüm məhsulun qiymətinin artması çox mənfi təsir göstərir, çünki onların qazanclarının əksər hissəsi ərzağa xərclənir: «Qiymətlər və inflyasiya kasıbların xərclərinin 75 faizinə təsir edir. Təsəvvür edin ki, bu, həmin kasıb təbəqə üçün necə böyük zərbədir».


Bankın məlumatına görə, Asiyada 1,7 milyard əhalinin gündəlik gəliri 2 dollar və ya ondan azdır. Məlumatda deyilir ki, ərzağın bahalaşması həm də inflyasiyanın artması deməkdir. Bu isə istehlakın, qənaətin və kapital qoyuluşunun azalmasına gətirib çıxarır.
Bəzi Asiya ölkələri qiymətlərə nəzarət etmək və ya daxili ehtiyacı təmin etmək üçün ərzaq ixracına məhdudiyyət qoyublar. Amma bank rəhbərliyi deyir ki, bu addımın əks təsiri də ola bilər. Fermerləri ruhdan salar, ehtiyatların azalmasına və qiymətlərin artmasına səbəb olar.


Kuroda həm də neft subsidiyalarına qarşı çıxıb: «Asiyada və dünyanın digər hissələrində əksər inkişaf etmiş ölkələrin neft subsidiyaları var və bu, kasıb insanlara yardım etməyin heç də effektiv yolu deyil».


AİB həmçinin inkişaf etmiş ölkələri bioyanacaq məhsullarına subsidiyalar verilməsini dayandırmağa çağırıb. Çağırışda bildirilir ki, bu, əsas məhsulların bahalaşmasına gətirib çıxarır.


Asiya İnkişaf Bankı 1966-cı ildən fəaliyyət göstərir. Qurumun məqsədi Asiya və Sakit okean regionunda yoxsulluqla mübarizə aparmaqdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG