Azərbaycanın sərhəd keşikçilərinin sərhədi qeyri-qanuni keçən iki iranlını öldürməsi Tehranda qəzəb doğurub.
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd Əli Hüseyni deyib ki, azərbaycanlıların iki gənc iranlını bu yolla öldürməsi ifşaedici və qəbul edilməzdir. O, əlavə edib ki, ölkənin sərhəd rəsmiləri məsələni araşdırır.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə isə ölkə sərhədlərini qeyri leqal yolla keçən İran vətəndaşları geri dönərkən aşkar olunublar. Baş verən atışmada sərhədi pozanlar öldürülüb. Məlumatda İran vətəndaşlarının qaçaqmalçılıqla məşğul olduğu bildirilir. Hadisə ötən həftə baş verib.