Aprelin 25-də Bakı Apellyasiya Məhkəmsində hakim Abid Abdinbəyovun sədrliyi ilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin apellyasiya şikayətinə baxılıb. Məhkəmədə baş redaktor özü iştirak etməyib. Vəkil Elçin Sadıqov deyir ki, bunu baş redaktor özü istəməyib.
Prosesdə Q.Zahidin vəkilləri şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırsalar da, bu təmin edilməyib.
Proses mayın 7-i saat 15:00-a davam etdiriləcək.
Qənimət Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olunub. Jurnalist həbsinin siyasi sifariş olduğunu deyir. Apellyasiya şikayətində Q.Zahid haqqında çıxarılmış hökmün ləğvini və kompensasiya tələb edir.