Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Prezidentin səfəri ilə bağlı «Azadlıq» radiosu suallara cavab verir


Son günlər müxtəlif mətbuat orqanlarında «Azadlıq» radiosunun prezidenti Ceff Gedminin Bakıya səfəri və prezident İlham Əliyevlə görüşü barədə kontekstdən çıxarılmış fikirlər, əsassız məlumatlar yayılmaqdadır. Bununla bağlı dinləyicilərimizdən, müxtəlif jurnalist təşkilatlarından daxil olan suallara cavab olaraq bildiririk ki, prezident C.Gedmin aprelin 14-dən 17-ə qədər Bakıda səfərdə olarkən, dövlət başçısı, yüksək səviyyəli dövlət rəsmiləri, müxalifət liderləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüb. Prezident Gedmin həmçinin «Azadlıq» radiosunun Bakı bürosunun fəaliyyəti ilə tanış olub, jurnalistlərin peşəkarlığından, radionun missiyasının uğurla həyata keçirildiyindən razılığını bildirib.


Prezident İlham Əliyevlə görüşdən sonra prezident Gedminin yaydığı mətbuat üçün məlumatda da göstərildiyi kimi ölkə başçısı ilə söhbətdə «Azadlıq» radiosunun prezidenti Azərbaycanda medianın vəziyyətinə görə ciddi narahatlığını ifadə edib. Prezident Əliyev isə bu narahatlığa əsas olmadığını, ölkədə yüzlərlə qəzet çap olunduğunu, hökumətin ölkədə internetdən istifadəni, xarici yayımları dəstəklədiyini bildirib.


Prezident Gedminin digər yüksək vəzifəli rəsmilərlə görüşlərində də bu barədə fikir mübadiləsi aparılıb, radionun yayımı sahəsində əməkdaşlıqdan razılıq ifadə olunub, yerli qanunvericilik əsasında fəaliyyət göstərən radionun verilişlərin yayılmasında hər hansı məhdudiyyətin olmadığı vurğulanıb.


Azərbaycan mətbuatında ölkə prezidentinin «Azadlıq» radiosuna ehtiyac olmadığını söylədiyi haqqında verilən məlumatlar həqiqəti əks etdirmir və radionun fəaliyyətinin dayandırılması barədə səslənən ehtimalların əsası yoxdur.


55 ildir fəaliyyət göstərən «Azadlıq» radiosu özünün azad informasiya axınını təmin etmək missiyası istiqamətindən obyektiv fəaliyyətini davam etdirir. Radio Bakıda FM 101.7, bölgələrdə isə AM 1530 və 1296 tezliklərində yayılır. Onun yayımı internet vasitəsilə də həyata keçirilir: http://www.azadliqradiosu.az/


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG