Azadliq radiosu

Ətraflı axtarış Gözləyin, axtarırıq ...
İndi Dinləyin [ Real Audio Win Media ]
Cümə, 4 iyul 2008 Bakı 22:26
«Azadlıq» radiosunun prezidenti bəyanat verib

Siyasət - Cəmiyyət

Çərşənbə, 16 aprel 2008

Ceff Gedmin İlham Əliyevi müstəqil mediaya hörmət etməyə çağırıb

«Azad Avropa və Azadlıq Radioları» Korporasiyasının prezidenti Ceff Gedmin Azərbaycana səfəri ilə bağlı bəyanatla çıxış edib. Cənab Gedmin hökumətin mediaya artan təzyiqlərindən narahatdır. Dövlət başçısı İlham Əliyevlə görüşərkən o, bu məsələni prezidentin diqqətinə çatdırıb.

Amma prezident İlham Əliyev Azərbaycanda mediaya hər hansı təzyiqin olmasını təkzib edib. Prezident deyib ki, «biz tamamilə azadıq. Bizim yüzlərlə qəzetimiz var, İnternetdən istifadəni genişləndiririk və xarici yayımlara şərait yaradırıq».

Ceff Gedmin prezidentin diqqətinə çatdırıb ki, «Azad Avropa və Azadlıq Radiosu»nun məqsədi senzuradan uzaq, obyektiv xəbər və məlumat çatdırmaqdır. Radio rəhbəri prezident İlham Əliyevi «Azad Avropa və Azadlıq Radiosu»nun missiyasına və Azərbaycandakı digər müstəqil mediaya hörmət etməyə çağırıb.

Ceff Gedmin Azərbaycana iki günlük səfəri çərçivəsində hökumət rəsmiləri, müxalifət liderləri, media təmsilçiləri və vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb. O, həmçinin Xəzər Universitetinin tələbələri və Qadın Jurnalistlər Birliyinin üzvləri qarşısında çıxış edib, Amerika -Azərbaycan münasibətləri, ölkədə demokratiya və media azadlığının vəziyyəti və «Azadlıq» radiosunun gələcək fəaliyyəti ilə bağlı suallara cavab verib.   

Məqalə vasitələri

Multimedia

Ceff Gedmin İlham Əliyevi müstəqil mediaya hörmət etməyə çağırıb
Dinləyin:
mp3 - windows media - real audio
Yükləyin:
mp3 - windows media - real audio


Azadlıq Radiosu © 2006 RFE-RL, Inc. Bizimlə əlaqə saxlayın: azadliq@rferl.org