Keçid linkləri

2025, 26 Yanvar, bazar, Bakı vaxtı 09:05

Mirzə Sakit həbsxanaya qaytarılıb


Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3 il azadlıqdan məhrum edilib
Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3 il azadlıqdan məhrum edilib

«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit martın 22-də Böyük Şor qəsəbəsindəki müalicə müəssisəsindən həbsxanaya qaytarılıb.


Bu haqda «Azadlıq» radiosuna M. Sakitin həyat yoldaşı Rəna Zahidova məlumat verib: «Martın 22-i səhər saat 8-də tələsik zəng etdi ki, məni aparırlar».


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbəri Mehman Sadıqov «Azadlıq» radiosuna deyib ki, iş günü olmadığından, o, bu barədə məlumatlı deyil.


M. Sakit ayaqlarında problem olduğu üçün fevralın 9-da həbsxanadan Böyük Şor qəsəbəsindəki müalicə müəssisəsinə köçürülmüşdü.


M. Sakit narkotik maddə saxlama ittihamı ilə 2006-cı ildə 3 il azadlıqdan məhrum edilib. Sakit özü isə bunun satirik yazıları ilə əlaqədar olduğunu deyir.


XS
SM
MD
LG