Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:39

Əfv fərmanının icrasına başlanıb


Əfv olunanlar arasında bir yetkinlik yaşına çatmayan məhkum da var
Əfv olunanlar arasında bir yetkinlik yaşına çatmayan məhkum da var

Ədliyyə Nazirliyi Penitensiar Xidməti (PX) martın 19-da prezidentin əfv fərmanının icrasına başlayıb. Xidmətin 4 xüsusi qrupu əfv olunmuş məhkumların azadlığa buraxılması üçün onların cəza çəkdiyi müəssisələrdə olublar.


Prezident İlham Əliyev martın 18-də 59 nəfəri əfv edib.


PX rəis müavini Hüseyn Əlixanov deyib ki, əfv olunanlar arasında bir yetkinlik yaşına çatmayan məhkum da var. O, bildirib ki, fərmanın icrası saat 13.00-dək başa çatdırılacaq.


Əfv olunanların azadlığa buraxılması prosesində QHT-lər, KİV və Əfv Komissiyasının nümayəndələri də iştirak ediblər.


1995-ci ildən verilən əfv fərmanları ilə 4762 məhkuma şamil olunub. Onların böyük hissəsi azadlığa buraxılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG