Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Parlament seçkilərində prezidentin müttəfiqləri qələbə çalıb


Avropa Birliyi seçkilərin demokratik olmadığı barədə bəyanat verib
Avropa Birliyi seçkilərin demokratik olmadığı barədə bəyanat verib

İranda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, prezident Mahmud Əhmədinejadın müttəfiqləri qələbə çalıblar. Parlamentdə yerlərin 67-ni prezidentin müttəfiqləri, 46-nı isə onu tənqid edən mühafizəkarlar tutublar.


İslahatçıların 30 yeri var. Siyasi meylləri tam məlum olmayan müstəqillər isə 42 yerə sahib olublar.


İranın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə seçicilərin 63 faizi iştirak edib. İslahatçıların liderləri və müstəqillər deyirlər ki, seçki ədalətli keçməyib.


Avropa Birliyi də seçkilərin demokratik olmadığı barədə bəyanat verib. Sənəddə bildirilir ki, səslərin sayılması proseduru beynəlxalq standartlara cavab verməyib.


İran parlamentinə seçkilər martın 14-də keçirilib və 4500 namizəd mübarizə aparıb.


Bu ölkənin məhkəmələri əksəriyyəti islahat meylli olan 1700 namizədin seçkidə iştirakına imkan verməyib.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG