Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 05:45

Rusiya Moldavanın NATO-ya üzvlükdən imtina etməsi müqabilində bu ölkənin ərazi bütövlüyünün bərpa olunmasına qarant durmağa hazırdır.


Bunu Moldova prezidenti Vladimir Voronin «Kommersant» qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə bununla bağlı müvafiq sənədlər artıq yaxın vaxtlarda imzalanacaq.


Voronin həmçinin işarə edib ki, onun ölkəsi GUAM-dan çıxa bilər.


GUAM- keçmiş sovet respublikaları Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən 1997-ci ildə yaradılmış regional birlikdir.


1999-cu ildə Özbəkistan təşkilata qoşulsa da, bir neçə ildən sonra çıxıb.


Ukraynanın təklifi ilə təşkilatın adı dəyişdirilərək «Demokratiya və iqtisadi inkişaf uğrunda - GUAM» adlandırılıb. Hazırda təşkilata sədrliyi Gürcüstan həyata keçirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG