Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:54

Ermənistanda fövqəladə vəziyyət yumşaldılıb


Martın 1-dən Ermənistanda fövqəladə vəziyyət elan edilib
Martın 1-dən Ermənistanda fövqəladə vəziyyət elan edilib

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə ölkədə partiyaların və digər təşkilatların fəaliyyətinə qadağa götürülüb. Həmçinin Yerevana başqa yerlərdən gəlmiş şəxslərin şəhərdən çıxardılması dayandırılıb.


Ermənistan prezident Robert Koçaryan ölkədə martın 1-dən 20 günlük fövqəladə vəziyyət elan edib. Həmin gün müxalifətin aksiyası zorla dağıdılıb. Seçkisinin nəticələrini tanımayan müxalifət fasiləsiz etiraz aksiyaları keçirirdi. Aksiyaların dağıdılması zamanı rəsmi məlumatlara görə 8 nəfərin öldüyü xəbər verilib.


Müxalifətin iddiasını Konstitusiya Məhkəməsi qəbul etməyib. Məhkəmə Serj Sərkisyanın prezident seçildiyini təsdiqləyib.


XS
SM
MD
LG