Yaxın vaxtlarda Azərbaycanın ali məktəbləri adambaşına maliyyələşməyə keçəcək. Bu barədə Təhsil naziri Misir Mərdanovun martın 7-də açıqlama verib.
Onun sözlərinə görə, ali təhsil ocaqlarına oxuyan tələbələrin sayına uyğun maliyyə vəsaitinin ayrılması institutlar və universitetlər arasında rəqabəti artıracaq. Nazir ümid edir ki, bu, eyni zamanda ali məktəblərin tədris işini yaxşılaşdıracaq.
Təhsil naziri deyir, kadr çatışmazlığını aradan götürmək üçün qəbul planını tələbata uyğun hazırlamaq istiqamətində müzakirələr aparılır. Belə ki, pulsuz təhsil alanlar təyinatla işləmək üçün öhdəlik götürəcəklər. Misir Mərdanov deyir ki, yalnız ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış və pulsuz təhsil almaq istəyən abituriyentlərə güzəşt oluna bilər.