Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:09

«Hakimiyyət YAP-ı dağıdır»


«YAP ən çoxu 2008-ci ilin prezident seçkilərində hakim partiya kimi nüfuzlu olacaq»
«YAP ən çoxu 2008-ci ilin prezident seçkilərində hakim partiya kimi nüfuzlu olacaq»

«YAP-ın əsas qurucularından biri olan sabiq səhiyyə naziri Əli İnsanovun, YAP Siyasi Şurasının üzvü Fərhad Əliyevin həbsi hakimiyyətdaxili münasibətlərin təzahürü olmaqla yanaşı, həm də hakim partiyanın zəiflədilməsi yönündə atılan ilk addım kimi dəyərləndirilir. Heç kəsə sirr deyil ki, sabiq səhiyyə naziri YAP-ın güclənməsi üçün var qüvvəsilə çalışıb. O, 300 min nəfərlik tibb personalının təxminən 80 faizini Yeni Azərbaycan Partiyasının üzvü etmişdi». «Yeni Müsavat» hakim partiyaya daxilində gedən proseslərə həsr etdiyi məqaləsində belə yazır.


«Görünən budur ki, YAP-ın əsas dayaqları məqsədli şəkildə sarsıdılır. Bir yandan Ə.İnanovun əsas bazaya çevirdiyi tibb personalını özlərindən incik salırlar, bir yandan «91-lər»i bir-bir neytrallaşdırırlar, bir yandan da YAP-da ikitirəlik hökm sürür. Bunlar nəticə etibarilə hakim partiyanın tamamilə məhvinə səbəb olacaq amillərdir».


Qəzet yazır ki, YAP ən çoxu 2008-ci ilin prezident seçkilərində hakim partiya kimi nüfuzlu olacaq. «2008-dən sonrakı dövr üçün isə yeni təşkilat formalaşdırılması planı mövcuddur. Yeni iqtidar partiyasının 2010-cu ilin parlament seçkilərində daha da parlayacağı və Milli Məclisdə üstünlük əldə edəcəyi ehtimalı böyükdür. Qərar ondan ibarətdir ki, yeni hakimiyyət təşkilatında Qərbi azərbaycanlılar və naxçıvanlılar deyil, ən müxtəlif regionlardan olan insanlar - rusdilli elita, indiyədək siyasi proseslərdən kənarda saxlanılan kəsim daha böyük faiz təşkil etsin».


İqtisadçı professor Əli Əlirzayev «Üç nöqtə»yə müsahibəsində deyib ki, «bahalaşma iqtisadiyyatın bütün sahələrinə sirayət edir. Bu isə sonda inflyasiya doğurur».


«…Hər kəs razılaşar ki, son vaxtlar inflyasiyanın yüksək xətlə inkişafında dünyada baş verən proseslərin, xüsusən neft və qızılın bahalanması əsas rol oynayır. Digər tərəfdən bu arzuolunmaz proseslər xərcləri artırır ki, bu da monetar siyasətə belə təsir edir. Məlum olduğu kimi, dolların məzənnəsi aşağı düşməklə, manatın kursu möhkəmlənir. Milli pulun dəyərinin artması sahibkarlar üçün təhlükə yaradır. Bildiyiniz kimi əsas əməliyyatlar dollarla aparılır, onun məzənnəsinin aşağı düşməsi onların xeyrinə işləmir. Bu amilləri nəzərə alsaq, o qədər də sevinməyə dəyməz».


«Azərbaycan-Rusiya münasibətləri tərəfdaşlıq mərhələsindədir»- Prezident İlham Əliyev Moskva Dövlət Universitetinin Fəxri Professoru adını alarkən belə deyib.


«Yeni Azərbaycan» : «Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, 2000-ci ildən bəri iki dövlət arasında münasibətlər yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə çatıb».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG