Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 23:47

Qəzaya uğramış hərbi təyyarə və pilotlardan birinin cəsədi tapılıb


«MİQ-29» təyyarəsi yanvarın 29-da qəzaya uğramışdı
«MİQ-29» təyyarəsi yanvarın 29-da qəzaya uğramışdı

Xəzər dənizində qəzaya uğramış hərbi təyyarə və pilotlardan birinin cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsindən APA -ya bildirilib ki, təyyarə dənizin 6 kilometrliyində, 15-17 metr dərinliyində aşkarlanıb.


Artıq təyyarənin sualtı çəkilişi aparılıb və hadisə rayonuna dalğıclar, həmçinin ağır texnika cəlb olunub. Qəza ərazisində pilotlardan birinin cəsədi də müəyyənləşdirilərək, onun çıxarılması prosesinə başlanılıb. Nazirlikdən onu da bildiriblər ki, əraziyə gətirilmiş ağır texnika təyyarənin özünün və fraqmentlərinin qaldırılması ilə məşğul olur.


Bu il yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus «MİQ-29» təyyarəsi Xəzər dənizi üzərində təlim uçuşu keçirərkən qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotları Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olublar. İndiyədək təyyarənin və pilotların axtarış cəhdləri hər hansı nəticə verməmişdi.


XS
SM
MD
LG