Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:14

Qəbələ RLS-in gələcək taleyi 2012-ci ildən sonra məlum olacaq


Bunu «Azadlıq» radiosuna müsahibəsində Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.


Nazir müavini bildirib ki, əgər Azərbaycan və Rusiya həmin vaxt RLS-in istifadəsi barədə sazişi uzatmasalar, onda müxtəlif başqa variantlara baxıla bilər:


«Məsələn, stansiya üçtərəfli formatda işlədilə bilər. Üçüncü ölkə ABŞ-da ola bilər, Türkiyə də. Hətta dördlük də ola bilər. Bütün bunlar fərziyyələr üçün sualdır».


A. Əzimov Vaşinqtonun Azərbaycan və Türkiyədə raket əleyhinə müdafiə sistemi yaratmaq istəməsi barədə Türkiyə mətbuatında yayılan məlumatları təkzib edib. Deyib ki, belə bir təklif yoxdur:


«Yəqin ki, Polşa ilə Çexiyanın struktur sxeminə baxanda, kimsə oxşarlıq prinsipindən çıxış edib və belə fərziyyə irəli sürüb. Çünki, Türkiyə Azərbaycanın ən yaxın tərəfdaşıdır və NATO-nun da üzvüdür. Amma buna yalnız fərziyyə kimi baxmaq olar. Reallıqda isə nə Azərbaycana belə təklif gəlib, nə də bugünkü şəraitdə onu mümkün sayırıq».


XS
SM
MD
LG