Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:21

«Bahalığın növbəti dalğası başladı»


Ən çox yağ, süd, ət və ət məhsulları, meyvə-tərəvəz bahalaşıb
Ən çox yağ, süd, ət və ət məhsulları, meyvə-tərəvəz bahalaşıb

«2008-ci ilin yanvarında Azərbaycanda qiymətlər orta hesabla 2,5 faiz artıb. Ötən ay ən çox bahalaşan ərzaq olub. Belə ki, ərzağın qiyməti 3,2 faiz artıb». Bu sözləri Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev mətbuata açıqlamasında bildirib.


«Yeni Müsavat» komitə sədrinə istinadən yazır ki, hesabat dövründə qeyri-ərzaq malları üzrə istehlak qiymətlərinin indeksi 1,5 faiz, xidmətlər üzrə 1,8 faiz təşkil edib. A.Vəliyev ən çox yağ, süd, ət və ət məhsullarının, meyvə-tərəvəzin bahalaşdığını deyib. Bu arada son iki gündə un və un məhsullarının qiymətləri qalxıb. Un kisəsi azı 3 manat bahalaşıb. Hazırda bir kiloqram un 50 qəpik təşkil edir.


«Unun bahalaşması makaronun, vermeşilin, o cümlədən şirniyyatın qiymətinə təsir göstərib. «Çuda peçka» şirniyyat evində undan hazırlanan əksər məmulatların qiymətində 10, bəzilərində isə 40 qəpik bahalaşma baş verib. Maraqlıdır ki, adıçəkilən mağazalar şəbəkəsində «qril»in də qiyməti qaldırılıb. Halbuki son bir ayda toyuğun qiymətində hər hansı dəyişiklik baş verməyib».


Qəzet yazır ki, siqaretlərin, spirtli içkilərin, pivələrin qiymətlərində artım baş verib. Yaxın zamanlarda siqaretlərin bir qədər də bahalaşdırılacağı gözlənilir.


«Dağlıq Qarabağ problemi ilə bağlı nəinki Azərbaycanın hətta Azərbaycanla Türkiyənin birgə belə nə Ermənistan ərazisində, nə də işğal olunmuş ərazilərdə antiteror əməliyyatları aparmağa hazır deyil»-, bunu «Üç nöqtə»yə Müsavat başqanının müavini Sülhəddin Əkbər deyib.


Politoloq bildirir ki, bu ərazilərdə əməliyyat aparmaq Rusiyaya qarşı əməliyyat aparmaq deməkdir. «ABŞ dövlət katibinin köməkçisinin Bakıya gəlişi də təsadüf deyil. Birincisi, Azərbaycan antiterror əməliyyatlarında həm Kosovada, həm də İraq və Əfqanıstanda beynəlxalq sülhməramlıların tərkibində çıxış edir. Digər tərəfdən də biz İranla qonşuyuq. Nəhayət, Kosovo məsələsi və NATO-nun genişlənməsi gündəmdədir ki, bunun da bölgəyə təsir edə biləcək nəticələri olacaq. O baxımdan gözlənilən səfəri təsadüfi hesab etmirəm. İranın nüvə proqramı ətrafında yaranmış böhranda da Azərbaycanın önəmi böyükdür və bu önəm getdikcə artır. İrana qarşı sanksiyalar güclənsə təbii ki, Azərbaycan və Xəzər üzərinə nəzarət də artmalıdır. Bu baxımdan Azərbaycan ilə ABŞ arasında olan münasibətlər önəmlidir».


Yol polisi əməkdaşları fevralın 10-dan Bakıda sərnişindaşımada nizam-intizamla bağlı tədbirlər planı həyata keçirir. Bu barədə «Yeni Azərbaycan» yazıb.


Qəzetin məlumatına görə, fevralın 11-də aparılan reydlər zamanı 60-a yaxın sürücü məsuliyyətə cəlb edilib. «Ən çox dayanma, durma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb edilib. Məsuliyyətə cəlb olunanlardan 7-si taksi sürücüsüdür. Taksiləri avtobusların dayanacaqlarında saxladıqları üçün onlar haqqında da protokol tərtib olunub. Tədbirlər martın 10-dək davam edəcək».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG