Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:35

«Azadlıq» qəzetinin direktoru Mirzə Sakitlə görüşüb


Fevralın 11-də «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov bu nəşrin həbsdə olana satirik yazarı Mirzə Sakitlə görüşüb. Əhmədovun verdiyi məlumata görə, Mirzə Sakit hazırda müalicə olunur: «İndi ürəyinə və ayaqlarına görə müalicə olunur».


Mirzə Sakit fevralın 9-da 14 saylı cəzaçəkmə yerindən məhbuslar üçün müalicə müəssisəsinə köçürülüb. Jurnalist müalicə müəssisəsində iki həftə qalacaq. Azər Əhmədov deyir ki, «Azadlıq» qəzeti onun müalicəsinin uzadılmasıyla bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək.


Mirzə Sakit 2006-cı ildə narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG