Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:44

«Kommunal xidmət tariflərinin artımı ilə bağlı müraciətlər nəzərdən keçirilir»


«Kommunal xidmət tariflərinin artımı ilə bağlı müraciətlər nəzərdən keçirilir». İqtisadi İnkişaf naziri və Tarif Şurasının sədri Heydər Babayev belə deyib. Nazir Tarif Şurasının bununla bağlı hər hansı qərar qəbul etmədiyini bildirib: «Bu, çox həssas, əhali ilə bağlı olan sahədir. Əvvəlcə bu sahədə xidmətlər yüksək səviyyəyə çatdırılmalıdır, ondan sonra qiymətlərin artırılması ilə bağlı müzakirələr aparıla bilər».


Azərbaycanda kommunal xidmət tarifləri sonuncu dəfə ötən ilin yanvarında artırılıb.


XS
SM
MD
LG