Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

«Hər il məktəblərdə dörd sınaq imtahanı aparılacaq»


«Şagirdin bir gündə verdiyi imtahanın nəticələri onun biliyini tam müəyyənləşdirə bilməz»
«Şagirdin bir gündə verdiyi imtahanın nəticələri onun biliyini tam müəyyənləşdirə bilməz»

«Hər il orta məktəblərdə dörd sınaq imtahanı aparılacaq. Sınaq imtahanlarının nəticələri isə şagirdin attestatında əks olunacaq». Bunu Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyib. O, bildirib ki, artıq oktyabrda belə imtahanlardan biri keçirilib, növbəti imtahan isə fevralın 26-da olacaq.


İ.Pirməmmədov deyib ki, əvvəllər şagirdin attestatında sonuncu imtahanın nəticələri qeyd olunurdu: «Təhsil naziri belə tələb qoydu ki, mütləq hər pillənin nəticələri növbəti pilləyə keçid zamanı nəzərə alınmalıdır. Çünki şagirdin bir gündə verdiyi imtahanın nəticələri onun biliyini tam müəyyənləşdirə bilməz».


Nazirliyin rəsmisi bildirib ki, bundan sonra attestatlarda sınaq imtahanlarının qiyməti də nəzərə alınacaq: «Şagirdin attestatının hər bir fənn üzrə orta qiyməti müəyyənləşən zaman onun mütləq 10-cu sinifdə aldığı yekun qiymətlər, üç sınaq imtahanının əmsalları və buraxılış imtahanlarının nəticələri əsas götürüləcək».


İlham Pirməmmədov əlavə edib ki, bu il də orta məktəblərdə buraxılış imtahanları mərkəzləşdirilmiş test üsulu ilə aparılacaq. İndiyə kimi Bakının bütün rayonlarından, Gəncə, Əli-Bayramlı, Mingəçevir, Sumqayıt və digər bölgələrdən 52 min şagird mərkəzləşdirilmiş test üsulu ilə imtahan verib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG