Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Qənimət Zahidin məhkəməsi fevralın 5-ə qədər təxirə salınıb


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin yanvarın 31-də keçirilən məhkəmə prosesində ittiham üzrə əsas şahidlər gəlmədiyindən proses təxirə salınıb. Dövlət ittihamçısı bildirib ki, həmin şahidlər olmadan da əlavə şahidləri dindirmək olar. Ancaq Qənimət Zahidin vəkilləri bununla razılaşmayıblar.


Məhkəmə prosesi fevralın 5-də davam edəcək.


Qənimət Zahid ötən ilin noyabrında həbs olunub. O, xuliqanlıqda ittiham olunur. Baş redaktor isə ittihamı qəbul etmir, həbsinin sifarişli olduğunu bildirir.


XS
SM
MD
LG