Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

«Güman edirik ki, «Çap Evi»ndəki yoxlamalar prosedur tədbirlərdir»


Enn Dersi deyir ki, «Çap Evi» Azərbaycanda yeganə müstəqil mətbəədir
Enn Dersi deyir ki, «Çap Evi» Azərbaycanda yeganə müstəqil mətbəədir

«Çap Evi» ətrafında yaranmış olaya Amerikanın səfiri Enn Dersi münasibət bildirib. Diplomat deyib ki, bu istiqamətdə baş verən prosesləri diqqətlə izləyir:


«Başa düşürük ki, işgüzar biznes dünyanın hər yerində olduğu kimi Azərbaycanda da mövcud qaydalara riayət etməlidir. Güman edirik ki, «Çap Evi»ndəki yoxlamalar prosedur tədbirlərdir».


Enn Dersi deyib ki, «Çap Evi» Azərbaycanda yeganə müstəqil mətbəədir. Burada müxalifət mətbuatının çapına imkan yaradılır. Burada nəşr edilən «Qanun» jurnalında insan haqları və qanunvericiliyə dair məqalələr çap olunur.


Vergilər Nazirliyi «Çap Evi»nin vergidən yayındığını bildirərək yoxlamalar aparıb.


Səfir bu il keçiriləcək prezident seçkilərinə də münasibət açıqlayıb: «Amerika çalışır ki, bu ilki seçkilər azad, ədalətli və şəffaf olsun. ABŞ həm beynəlxalq donorlar, həm də Azərbaycan hökuməti ilə bu sahədə işləyir».


Enn Dersi Qarabağ münaqişəsi ilə bağlı da jurnalistlərin suallarını cavablandırıb. O, Amerikanın hər iki tərəfi qane edən dinc nizamlanma istədiyini bildirib. Səfirin fikrincə, münaqişənin həlli Azərbaycanın və regionun potensialının açılmasına imkan verəcək.




AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG