Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Eynulla Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi Eynulla Fətullayev Bakıdan 25 km. aralıda yerləşən 12 saylı (Güzdək) cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə «Turan»a onun vəkili İsaxan Aşurov məlumat verib.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə), 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddələri ilə təqsirli bilərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Baş redaktorun həbsinə «Əliyevlər müharibəyə gedir» adlı məqaləsi səbəb olub. Məqalədə ABŞ-İran müharibəsi reallaşdığı təqdirdə İranın Azərbaycanın mühüm obyektlərini bombalama ehtimalından danışılır. Bu ilin yanvarında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.


XS
SM
MD
LG