Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:21

Hökumətlə KİV arasında əməkdaşlığı tənzimləyəcək strategiya hazırdır


Sənəd gələn həftə Prezident Aparatına təqdim olunacaq
Sənəd gələn həftə Prezident Aparatına təqdim olunacaq

Dövlət orqanları ilə KİV arasında əməkdaşlığı tənzimləyəcək strategiya hazırdır. Sənəd gələn həftə Prezident Aparatına təqdim olunacaq.


Bu barədə «Azadlıq» radiosuna sənədi tərtib edən İşçi Qrupun üzvü, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev məlumat verib.


A. Əliyev deyir ki, təşəbbüs ATƏT-dən gəlib və bu məqsədlə jurnalistlər və mətbuat xidmətlərinin nümayəndələrindən ibarət ekspert qrupu yaradılmışdı.


Yanvarın 24-də qrupun növbəti iclası keçirilib, strategiya üzərində işlər başa çatdırılıb.


Sənədə informasiya sərbəstliyi, xəbərə çıxış üçün İnternet resurslarının yaradılması və başqa məsələlər daxildir.


İşçi qrupun digər üzvü, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə deyir ki, Prezident Aparatına strategiya ilə birlikdə Fəaliyyət Planını da təqdim edəcəklər:


«Fəaliyyət Planı strategiyanın həyata keçirilməsi üçün konkret tədbirlər nəzərdə tutur. Məsələn belə təkliflər var ki, mətbuat xidmətlərinin vahid əsasnaməsi hazırlansın, jurnalistlərin akkreditə sistemi formalaşdırılsın. Dövlət qurumlarında vahid informasiya reyestrləri yaradılsın ki, jurnalistlərin informasiya əldə etmək prosesi asanlaşsın. Başqa təkliflər də var. Bunların həyata keçirilməsi tərəflərin məsuliyyətini artıracaq və informasiya verən də, alan da bundan udacaq».


ATƏT-in məqsədi Azərbaycanda dövlət orqanlarından informasiya əldə etmək prosesini asanlaşdırmaq üçün mexanizm yaratmaqdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG