Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Polisə ingilis dili, etika və vətəndaşla ünsiyyət qaydaları öyrədiləcək


«Yaxşı polis işi qanunun aliliyinə və insanların hüquqlarının icrasına zəmin yaradır»
«Yaxşı polis işi qanunun aliliyinə və insanların hüquqlarının icrasına zəmin yaradır»

Bundan sonra Azərbaycanda polis işinə başlayanlara ingilis dili, etika və vətəndaşla ünsiyyət qaydaları öyrədiləcək. Bu, ATƏT-in Bakı Ofisinin Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdiyi «Polisə yardım» proqramında nəzərdə tutulub. Yanvarın 16-da Bakı Polis Məktəbində yeni tədris proqramı istifadəyə verilib. Proqrama icma polisi, insan hüquqları, kommunikasiya, ailədaxili pozuntular kimi mövzular da daxil edilib.


ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero deyib ki, layihənin məqsədi polisin fəaliyyətinin demokratik standartlara yaxınlaşdırılıması və insan hüquqlarının prktiki icrasına nail olmaqdır: «Biz bunu tezliklə Bakı küçələrində və rayonlarda görməliyik. Yaxşı polis işi qanunun aliliyinə və insanların hüquqlarının icrasına zəmin yaradır. Demokratik cəmiyyətdə polis belə olmalıdır».


ATƏT bu işlər üçün layihəyə 130 min avro ayırıb. Layihə çərçivəsində polislər Çexiyada təcrübə mübadiləsi keçirlər.


XS
SM
MD
LG