Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 08:37

Həmsədrlər yanvarın 18-də yenidən Bakıya qayıdırlar


Həmsədrlər Yerevana gediblər
Həmsədrlər Yerevana gediblər

«Azərbaycan öz fikir və təkliflərini həmsədrlərə verib. VasitəçilərYerevana gedib və yanvarın 18-də yenidən Bakıya qayıdacaqlar».


Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim həmsədrlərin Bakıya səfərinin nəticəsini «Azadlıq» radiosuna şərh edərkən belə deyib.


Azərbaycanın təkliflərinin nədən ibarət olduğu hələ açıqlanmır. Amma XİN rəsmisi bildirir ki, hazırda detallar müzakirə olunur və Bakının da təklifləri bununla bağlıdır. X.İbrahim onu da deyib ki, vasitəçilərin ay yarım əvvəl təqdim etdiyi sənəd normaldır, Yerevanın cavabından asılı olaraq danışıqların növbəti mərhələsi müəyyənləşməlidir: «İndi gözləyək Ermənistan hansı mövqe tutacaq. Ondan sonra deyə bilərik ki, danışıqlar hansı mərhələyə qədəm qoyacaq. Ermənistan öz münasibətini bildirməlidir ki, görək, onlar öz fəaliyyətlərində dəyişiklik etmək fikrindədirlər, yoxsa yox».


ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri Bakıya yanvarın 13-ü axşam gəliblər. Yanvarın 14-də onlar prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüblər.


XS
SM
MD
LG