Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 02:23

«Biz Azərbaycanı başa düşmək istəyirik»


ABŞ Konqresi nümayəndə heyətinin Müdafiə Nazirliyində də görüşləri nəzərdə tutulub
ABŞ Konqresi nümayəndə heyətinin Müdafiə Nazirliyində də görüşləri nəzərdə tutulub

«Biz Azərbaycanı başa düşmək istəyirik və ona görə buradayıq»-, bunu Bakıda səfərdə olan ABŞ Konqresi nümayəndə heyətinin sədri respublikaçı konqresmen Uilyam Şuster Xarici İşlər Nazirliyində apardıqları danışıqlarda sonra bildirib.


Onun sözlərinə görə, konqresmenlərin səfərlərinin məqsədi Azərbaycan-ABŞ əlaqələrinin inkişafını müzakirə etməkdir.


«Azərbaycan terrorizmlə mübarizədə ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir. Bakıda keçirdiyimiz görüşlərdə ölkələrarası münasibətlərə geniş səviyyədə nəzər salacağıq».


ABŞ nümayəndə heyətinə konqresmenlər Filipp İnqiliş, Şelli Mur Kapito, Con Porter də daxildirlər.


Nümayəndə heyətinin Müdafiə Nazirliyində də görüşləri nəzərdə tutulub.


XS
SM
MD
LG