Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

«Azərbaycan dərhal seçki hazırlıqlarına başlamalıdır»


D.Menarçikin Bakıya səfərində məqsəd USAID-in layihələrinin icrası ilə tanış olmaqdır
D.Menarçikin Bakıya səfərində məqsəd USAID-in layihələrinin icrası ilə tanış olmaqdır

Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) direktorunun Avropa və Avrasiya ölkələri üzrə müavini Duqlas Menarçik «Azadlıq» radiosuna müsahibəsində bildirib. O deyir ki, 2008-ci ildə keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara cavab verməsi üçün bir sıra işlər görülməlidir:


«Artıq bu aydan başlayaraq oktyabr ayı da daxil olmaqla, genişmiqyaslı tədbirlər həyata keçirilməlidir. USAID Azərbaycanın hökumət orqanları və seçki komissiyaları ilə əməkdaşlıq edəcək. Çox vacibdir ki, seçkilərlə əlaqədar müxtəlif səviyyədə treninqlər həyata keçirilsin. Lazımi qanunlar işlənməli və onlar təkcə qəbul olunmaqla kifayətlənməməli, həm də tətbiq edilməlidir».


Cənab Menarçikin fikrincə, ədalətli və qərəzsiz seçkilər üçün ilk növbədə beynəlxalq monitorinqin təşkili şərtdir:


«Mən ötən həftə üç gün ərzində Gürcüstanda keçirilmiş seçkiləri müşahidə etdim. Prosesin əvvəlindən sonuna qədər, hətta bülletenlərin sayılmasını da monitorinq etdim. Güman edirik ki, bu formada Azərbaycanda da müşahidəçilik təmin olunacaq».


Cənab Menarçikin Bakıya səfərində məqsəd USAID-in layihələrinin icrası ilə tanış olmaq və ölkə rəsmiləri ilə demokratiya, iqtisadi inkişaf və seçki məsələlərini müzakirə etməkdir.


Görüşlər zamanı xüsusi diqqət yetiriləcək məsələlərdən biri də ölkədə korrupsiya sahəsindəki vəziyyətdir. USAID Azərbaycanda neft pullarının artdığı bir şəraitdə xərclərdə şəffaflığın təmin olunmasına və bu sahədə strategiyanın təkmilləşməsinə çalışır.


Cənab Menarçik onu da deyib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunmaq üçün bir çox aqressiv addımlar atmalıdır. Xüsusilə də, qanunvericilik və iqtisadi siyasət sahəsində:


«Hesab edirik ki, ÜTT-yə qəbul olmaqla Azərbaycan Qərbə meylli bir ölkəyə çevriləcək. Biz bu prosesə dəstək vermək istəyirik».


USAID 2002-ci ildən başlayaraq Azərbaycana demokratiya, sosial və iqtisadi siyasət sahəsində yardımlar ayırır. 2007-ci ildə bu məbləğ 23 milyon dollar olub, bu il isə 13 milyon dollar nəzərdə tutulub.


MDB ölkələri arasında ən çox yardım Ukraynaya, Cənubi Qafqazda isə Gürcüstana ayrılır.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG