Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:09

Əfqanıstandakı sülhməramlıların sayı artırılıb


Hazırda Azərbaycanın İraqda 150, Kosovoda isə 30 sülhməramlı əsgəri xidmət göstərir
Hazırda Azərbaycanın İraqda 150, Kosovoda isə 30 sülhməramlı əsgəri xidmət göstərir

Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlılarının sayı artırılıb. Bu haqda «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, yanvarın 4-də 23 nəfərdən ibarət ikinci taqım Əfqanıstana yola salınacaq.


İndiyə qədər Əfqanıstanda Azərbaycan sülhməramlılarının sayı 22 nəfər idi.


E.Sabiroğlu deyir ki, prezident İlham Əliyevin təqdimatı və Milli Məclisin qərarına əsasən, Əfqanıstanda xidmət göstərən sülhməramlıların sayı artırılır. Mətbuat Xidmətinin rəhbəri onu da bildirir ki, Əfqanıstana yola salınacaq ikinci taqımın üzvlərinə bayram hədiyyələri təqdim edilib.


Hazırda Azərbaycanın İraqda 150, Kosovoda isə 30 sülhməramlı əsgəri xidmət göstərir.


XS
SM
MD
LG