Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:45

Bakıda peşəkar mənzil oğruları tutuldu


Dəstə üzvləri imkanlı şəxslərin evlərini əvvəlcədən müəyyənləşdirib basqınlar edirlərmiş
Dəstə üzvləri imkanlı şəxslərin evlərini əvvəlcədən müəyyənləşdirib basqınlar edirlərmiş

Bakı Şəhər Prokurorluğunda mənzillərə çoxsaylı basqınlarda iştirak etməkdə təqsirləndirilən Qaradağ rayonu, Lökbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Adil Xəlilov, 17 yaşlı Fuad Fərəcov, 21 yaşlı Orxan Kərimov və 23 yaşlı Cavanşir Salmanov barəsində cinayət işi başlanıb. «Yeni Müsavat» yazır ki, bu şəxslər 2006-cı il avqustun 31-də Lökbatan sakini, 51 yaşlı Oruc Sadıqovun evinə basqın etməkdə təqsirli bilinirlər.


Dəstə üzvləri imkanlı şəxslərin evlərini əvvəlcədən müəyyənləşdirib basqınlar edirlərmiş. Onlar eyni zamanda avtomobilləri oğurlayıb ehtiyat hissələri kimi söküb satırmışlar.


«Bundan əlavə, dəstə üzvləri digər oğurluqlar da ediblər. Mütəşəkkil dəstənin üzvü Fariz Nəbiyev hər hansı təhlükədən sığortalanmaq üçün şəxsi avtomobilinə saxta dövlət nömrə nişanı da vurub. Dəstənin digər üzvü Təhminə Həsənova isə özünü jurnalist kimi təqdim edərək «Yeni olay» və «Bələdiyyə həyatı» adlı qəzetlərin vəsiqəsindən istifadə edib. Cinayətlərdə istifadə olunan avtomobilinə «press» lövhəciyi yapışdıraraq cinayət əməllərini pərdələməyə çalışıb».


«Bu il ağacların qırğın ili oldu»-, «Gün səhər» qəzetinin redaktoru Qurban Yaquboğlu köşə yazısında belə yazır.


«Mən işə gələndə Statistika Komitəsinin qarşısında daha bir nəhəng ağacı iki nəfər mişarlayırdı. Kəsilmiş budaqları qırağa daşıyan da varıdı; mənə elə gəlirdi, iri budağı sürüyən fəhlə döyüş meydanından əsir götürülmüş yaralını çıxarırdı. Əlini uzun paltosunun cibinə soxmuş birisi isə komandir görkəmindəydi».


«Bizim Yol» yazır ki, «Qobustan «ömürlükləri»nə işgəncələr verilir».


Bu barədə açıqlamaları Azərbaycanda Ömürlük Həbs Cəzası Çəkən Məhbus Yaxınlarının Beynəlxalq Komitəsinin üzvləri verdilər. Onların sözlərinə görə, Qobustan Qapalı Təcridxanasında saxlanılan ömürlük həbs cəzası almış dustaqlara işgəncə verilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG