Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:18

«Bhutto ölümü ilə Pakistana daha çox xidmət edə bilər»


«Bənazir Bhuttonun dövründə Pakistan irəli yox, geri gedib»
«Bənazir Bhuttonun dövründə Pakistan irəli yox, geri gedib»
Dekabrın 28-də konservativ «National Review» jurnalı «Bhutto ölümü ilə Pakistana həyatından daha çox xidmət edə bilər» başlıqlı məqalə dərc edib.

Məqalədə mərhum Bhutto haqqında tənqidi fikirlər yer alır.


Yazar Ralf Peters Bhuttonu «korrupsioner, bölücü, dürüst olmayan və öz ölkəsinin taleyi ilə ciddi maraqlanmayan adam» kimi xatırlayır.


Müəllif yazır ki, Bhutto Qərbə özünü islamçı cəhalətə qarşı duran bir dövlət xadimi və dərin əqidəli demokrat kimi təqdim edə bilirdi. Amma, «fakt budur ki, Bhutto səfalət içində üzən bir ölkədə anormal dərəcədə varlı bir feodal sahibkar idi. Bir siyasi şəcərənin varisi kimi onu daim hakimiyyət daha çox maraqlandırırdı, nəinki sıravi pakistanlının həyatı».


Məqalədə deyilir ki, bahalı Qərb məktəblərində təhsil almış Bhutto Pakistanın təhsil sisteminin çürüməsinə imkan verib. Bu da qapıları islamçıların və onların dini məktəblərinin üzünə açıb.


Müəllif davam edərək yazır: «Bənazir Bhuttonun dövründə Pakistan irəli yox, geri gedib. Onun əri utanmadan ölkəni taladı və sonda məhkəmələrin təqibi ilə ölkədən qaçmalı oldu. Onun məharətlə oynatdığı «islam təhlükəsi kartı» isə xərçəng kimi yayıldı».


Məqalə müəllifinin fikrincə, Bhutto Qərbə özünü təqdim etməyi bacarırdı. Halbuki, general Pərviz Müşərrəf öz ölkəsinin mənafeyi üçün çalışsa da, özünü heç vaxt düzgün təqdim etməyi bacarmır.


Ralf Peters yazır ki, «Qərbdə hərbi rejimləri sevmirlər, hətta bu, bəzi ölkələrdə cəmiyyəti vahid şəkildə saxlamaq üçün yeganə çıxış yolu olsa da... Demokratiya təbii ki, daha arzuolunandır, amma bu, heç də həmişə istənilən zamanda mümkün olmur. Amma nazı çəkilən uşaqlar kimi biz hər şeyin indi olmasını istəyirik – bu da nəticəsi».


Müəllif iddia edir ki, Pakistanda ordu cəmiyyətin ən az korrupsiyalaşmış hissəsidir və amerikalıların xoşuna gəlməsə də, bu, reallıqlardır.


Müəllif yazır ki, həm Bhutto, həm də indi onun yolunu davam etdirən Nəvaz Şərif ölkəni böhrandan çıxara biləcək düşüncə sahibi deyildilər. Amma bir fərq var. Bhutto indi dünyasını dəyişib və o, «fanatizmin qurbanlarının simvolu kimi indi daha təmiz işıq saçaraq parıldaya bilər. İroniya ondadır ki, Bhutto azadlıq, qadın hüquqları, terrorizmlə mübarizə ideyaları barədə heç vaxt ciddi olmasa da, terroristlər onun ritorikasını ciddiyə almışdılar və onu əməllərinə görə deyil, sözlərinə görə öldürdülər».


Müəllif daha sonra qeyd edir ki, Bhuttonun ölümü yeni siyasi fiqurlara yol açmaqla bərabər, həm də islam radikallarını Pakistan cəmiyyəti ilə qarşı-qarşıya qoya bilər. İndiyə qədər islamçı ritorikanı heç olmasa bir qulaqları ilə dinləyən pakistanlılar bu qüvvələrdən nəhayət ki, üz çevirə bilərlər.


Yekunda müəllif yazır ki, «doymaz ambisiyaların sahibi Bhutto əzabkeşə çevrilməkdədir. Öz ölümü ilə o, öz ölkəsinə olan iri borcun heç olmasa, bir hissəsini ödəyə bilər».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG