Dekabrın 19-da UEFA kuboku qrup mərhələsinin son turunda ilk 8 oyun keçirilib.
H qrupunda yarışan Türkiyənin «Qalatasaray» klubu möcüzə nəticəsində pley-offa yüksəlib. İstanbul komandası doğma şəhərdə qrupun autsayderi «Austriya»nı uda bilməsə də, bu matçla eyni vaxtda keçirilən «Panionios»-«Bordo» qarşılaşması fransız klubunun xeyrinə bitdiyinə görə 1/16 finala adlayıb. Yunanların matçın əvvəlində iki top fərqlə irəlidə olduğunu nəzərə alsaq, türkləri gerçəkdən möcüzə xilas edib.
«Panionios»la eyni xal toplasa da, yunan klubunu fərdi oyundakı üstünlüyə (3:0) görə geridə qoyan «Qalatasaray»dan əlavə Almaniyanın «Bavariya», İngiltərənin «Bolton», Portuqaliyanın «Braqa», Belçikanın «Anderlext», İspaniyanın «Xetafe» klubları da dünən pley-offa çıxıblar.
E qrupu
«Tuluza» (Fransa) – «Spartak» (Moskva, Rusiya) 2:1
«Sürix» (İsveçrə) – «Bayer» (Almaniya) 0:5
F qrupu
«Bavariya (Almaniya) – «Aris» (Yunanıstan) 6:0
«Braqa» (Portuqaliya) – «Srvena Zvezda» (Serbiya) 2:0
G qrupu
«Xetafe» (İspaniya) – «Anderlext» (Belçika) 2:1
«Hapoel» (Tel-Əviv, İsrail) – «Olborq» (Danimarka) 1:3
H qrupu
«Qalatasaray» (Türkiyə) – «Austriya (Avstriya) 0:0
«Panionios» (Yunanıstan) – «Bordo» (Fransa) 2:3
«Media Forum»