Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:54

«Təzə avtobusların 16-sı sıradan çıxdı»


İritutumlu avtobusların təxminən 65-70 min dollar dəyərində olduğu bildirilir
İritutumlu avtobusların təxminən 65-70 min dollar dəyərində olduğu bildirilir

Cənubi Koreyadan baha qiymətə alınaraq Bakıya gətirilən iritutumlu sərnişin avtobuslarının 16-sı istismara yararsız vəziyyətə düşüb. Həmin avtobuslar hazırda Nəqliyyat Nazirliyinin (NN) Zığ qəsəbəsində yerləşən parkında saxlanılır. Onların təmirində mütəxəssis olmaması üzündən problem yaranıb. Bu barədə «Yeni Müsavat»a nazirliyin əməkdaşı məlumat verib.


NN əməkdaşının sözlərinə görə, avtobusların ayrı-ayrı detalları və mühərrikləri sıradan çıxıb: «Avtobusları təmir etmək üçün bu günlərdə Koreyadan ehtiyat hissələri gətirilsə də mütəxəssis olmaması üzündən maşınları təmir etmək mümkün olmayıb. Bu səbəbdən də Koreyadan Bakıya mütəxəssis dəvət edilib».


Qəzet yazır ki, həmin avtobuslar təxminən 65-70 min dollar dəyərində qiymətləndirilir.


«İritutumlu sərnişin avtobuslarının xəttə buraxılması sərnişindaşımada uzun illərdən bəri davam edən problemləri heç də aradan qaldırmayıb. Əksinə, aztutumlu mikroavtobusların marşrutlardan kütləvi şəkildə çıxarılması əlavə problemlər yaradıb. İndi mənzilbaşına vaxtında çatmaq istəyən sərnişinlər uzun müddət dayanacaqlarda gözləməli olur. Bəzən isə basabas olduğundan sərnişinlər avtobusa minə bilmir. Bu isə istər-istəməz narazılıq yaradır».


«Azadlıq» blokunun keçirdiyi zona müşavirələri başa çatmaq üzrədir. Bu barədə AXCP sədr müavini Həsən Kərimov «Ekspress»ə məlumat verib. O, bildirib ki, yaxın günlərdə şimal bölgəsi üzrə blokun üzvü olan partiyaların yerli təşkilatlarının iştirakı ilə sonuncu müşavirə keçiriləcək. Sədr müavini yalnız Naxçıvan Muxtar Respublikasında müşavirə keçirə bilməyəcəklərini söyləyib. H. Kərimov keçirilən müşavirələrdə blokun yerli təşkilatlarının strukturlaşması, partiyalar arasında əlaqələrin güclənməsi, 2008-ci il prezident seçkilərinə hazırlıq və kütləvi aksiyalarla bağlı müzakirələr aparıldığını qeyd edib. O, Seçki Məcəlləsinə dəyişiklik edilməsə, blokun mitinqlərə başlayacağını deyib: «Venesiya Komissiyası hakimiyyətin irəli sürdüyü təkliflərlə razılaşsa və seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsə, mitinqlərə start verəcəyik».


İqtidaryönlü «Səs» qəzet isə yazır ki, «şimal bölgəsi növbəti seçkilərdə Prezident İlham Əliyevə səs verəcək».


Bu fikir Xaçmaz şəhərində Yeni Azərbaycan Partiyasının zona müşavirəsində səslənib.


YAP-ın sədr müavini Əli Əhmədov qeyd edib ki, 2008-ci ilin prezident seçkiləri yüksək fəallıq şəraitində keçiriləcək. Partiyanın seçkiyə hazırlıqla əlaqədar gördüyü işlər daha da sürətlənməlidir. «YAP-ın sıralarında 430 mindən çox insan var. Ola bilsin ki, bizim aramızda bütün bunlara tənqidi münasibət bəsləyənlər də var. Gərəkdir ki, üzvlərimizin hər biri təbliğatçı olsun, YAP-ın üzvü olduğuna layiq olduğunu sübut edə bilsin».


«Bizim Yol» yazır ki, Azərbaycan inflyasiyaya görə MDB-də liderdir.


«Ölkədə qiymət artımı və dərinləşən inflyasiyanı, nəhayət ki, hökumət də etiraf etdi. Milli Bankın hesablamalarına görə, ilin 11 ayında inflyasiya 16 faizdən yüksək olub».


İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri isə inflyasiyanın 25,65% olduğunu bildirirlər. İnflyasiya səviyyəsi Belarusda 7, Qırğızıstanda 5,6, Ermənistanda 3 faizdir. Neft ölkələri olan Rusiya və Qazaxıstanda da inflyasiya tempi Azərbaycanla müqayisədə xeyli aşağıdır: Rusiyada 6,7, Qazaxıstanda 10,6 faiz. Nəhayət, inflyasiya səviyyəsinə görə postsovet məkanında Azərbaycandan sonra ikinci yerdə qərarlaşan Latviyada bu göstərici 11,2 faizdir. Beləliklə, Azərbaycan inflyasiyanın səviyyəsinə görə postsovet məkanında «lider»dir və ən yaxın «rəqib»ini belə xeyli qabaqlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG