Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:13

Qənimət Zahidin həbsilə bağlı ittihamlar «qurama»dır


Vəkillər cinayət işinin Avropa Məhkəməsinə qədər qaldırılmasını əsas məsələ sayırlar
Vəkillər cinayət işinin Avropa Məhkəməsinə qədər qaldırılmasını əsas məsələ sayırlar

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsilə bağlı bir çox məqamlarda qanunsuzluqar törənib və məqsədimiz bu məqamları ictimaiyyətin diqqətinə çatdırmaqdır.


Q.Zahidin vəkili Elçin Sadıqov bu sözləri dekabrın 11-də keçirilən tədbirdə söyləyib. Vəkil həbs edilən zaman jurnalistin təqribən bir sutka vəkillə təmin olunmamasını, həbsilə bağlı ittihamın əsassızlığını, zərərçəkənin ekspertizadan imtina etməsini və s. məqamları ciddi qanun pozuntusu adlandırıb.


E.Sadıqov bu həbsi ictimai-siyasi həyatda fəal olan hər bir şəxsə tətbiq etməyin mümkünlüyünü vurğulayıb. Hüquqşünas Rəşid Hacılı bu həbslə bağlı ittihamları «qurama» adlandırıb. Daha sonra R.Hacılı apellyasiya məhkəməsinin Q.Zahidin barəsində həbs-qətimkan tədbirini dəyişdirmədiyini dedi. O, bildirdi ki, bu da həbsin heç də hüquqi müstəvidə olmadığı qənaətini ortaya qoyub.


Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxana görə də bu həbs hüquqi yox, siyasi müstəvidədir və buna görə də bu məsələ həllini də siyasi müstəvidə tapacaq.


«Qanun» jurnalının redaktoru Şahbaz Xuduoğlu hər il azad sözü müdafiə edənlərin sayının azalmasından, siyasi partiyaların bu sahədə fəallıq göstərmədiyini vurğuladı. Onun fikrincə, mətbuat nümayəndələrinin həbsinin əsas səbəbi məhz siyasi oyunlara qatılmaları və siyasi məfkurə daşıyıcısı olmalarıdır.


AXCP funksioneri Fuad Mustafayev bu həbsin siyasi sifariş olduğunu yada salıb və həbsin həyata keçirilməsini hakimiyyətin vətəndaş institutlarının rəyilə hesablaşmamasının nəticəsi adlandırıb.


Tədbirdə çıxış edən vəkillər bu cinayət işinin Avropa Məhkəməsinə qədər qaldırılmasını əsas məsələ sayıblar və onların fikrincə, bu məsələdə yarımçıq dayanmaq olmaz. [ Turan ]


XS
SM
MD
LG