Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:09

«Yaxın vaxtlarda hər iki sifarişli qətlin üstünün açılacağına ümid edirik»


Baş prokuror Zakir Qaralov Bakıda son iki ayda baş verən iki qətl hadisəsinin açılmasıyla bağlı intensiv istintaq getdiyini deyir.


Qətlə yetirilənlərdən biri çeçen əsilli Rusiya vətəndaşı İmran Qazıyev, digəri isə Rusiyada kriminal fəaliyyətlə məşğul olan Raquf Rüstəmovdur.


Zakir Qaralovun sözlərinə görə, prokurorluq və Daxili İşlər Nazirliyinin yaratdığı birgə istintaq əməliyyat qrupunun üzvləri hər iki qətllə bağlı hazırda Moskvaya ezam olunublar. «Yaxın vaxtlarda hər iki sifarişli qətlin üstünün açılacağına ümid edirik».


XS
SM
MD
LG