Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:49

Təbrizdə universitet tələbələrinin etiraz nümayişləri davam edir


Aksiya və toplantılarda həbs edilən tələbələr haqda hələ dəqiq məlumat yoxdur
Aksiya və toplantılarda həbs edilən tələbələr haqda hələ dəqiq məlumat yoxdur

İranda Tələbə Günü kimi qeyd olunan 7 dekabr münasibətilə həmin gün və bundan iki gün əvvəl-dekabrın 5-də Təbriz Azad Universitetinin tələbələri etiraz nümayişləri keçiriblər. Onlar ölkə miqyasında tələbələrin həbsinə etiraz edirlər. Onlar eyni zamanda tələbələrə qarşı təzyiqlərə son qoyulması və başqa siyasi məhbusların da dərhal azadlığa buraxılmasını tələb ediblər.


Universitetin Tələbə Birliyi cəmiyyətinin xəbər saytı bildirilir ki, dekabrın 5-də başlayan aksiyada 400-ə yaxın tələbə iştirak edib və havanın şaxtalı olmasına baxmayaraq bir saat davam edib.


Məlumatda tələbələrin «Universitet diridir», «Yoldaşlarımızı azad edin», «Evin (Tehranın Evin həbsxanası) tələbə qəbul edir», «Biz bu gün sakitik, amma sabah...», «Diktatora ölüm» və «Müharibəyə yox» şüarları səsləndirdiyi bildirilir.


Dekabrın 7-də isə Tələbə Günü münasibətilə İranın Daxili İşlər Nazirliyinin siyasi büro müdirinin iştirakı ilə universitetin Şəhriyar zalında rəsmi mərasim keçirilib. Lakin, təhlükəsizlik qüvvələri əllərində plakat daşıyan tələbələrin zala daxil olmasına mane olub. Buna etiraz edən tələbələr zalın qarşısında iki gün əvvəlki şuralarını təkrar edib. Aksiya üç saat davam edib.


Tələbə Günü ərəfəsində buna bənzər etiraz nümayişi Həmədanın Bu Əlisina Universiteti tələbələri tərəfindən də təşkil edilib. İran Azərbaycanının başqa şəhərlərində də tələbə yığıncaqları olub.


Aksiya və toplantılarda həbs edilən tələbələr haqda hələ dəqiq məlumat yoxdur.


Eyni zamanda İranın Yazıçılar İttifaqı dekabrın 7-də Tələbə Günü münasibətilə bəyanat yayıb. İttifaqın üzvləri ölkənin müxtəlif şəhərlərində tələbələrin kütləvi şəkildə həbs edilməsinə etirazını bildirib.


Onlar səlahiyyətli hökumət nümayəndələrinə etdiyi müraciətdə həbs olunmuş tələbələrin dərhal azad edilməsini tələb ediblər.


Bəyanatda bildirilir ki, Tələbə Günü ərəfəsində 20-dən çox fəal tələbə mənzil, küçə, iş yerləri və universitet qarşısında həbs olunub. Onların hüququnu müdafiə edən vəkillər belə nəzarət altına alınıb. ETTELAAT tələbələri aksiya təşkil etməkdə günahlandırır.


40 ildir qeyri rəsmi şəkildə fəaliyyət göstərən İran Yazıçılar İttifaqı vaxtı ilə şahın siyasətlərinə də açıq etirazını bildirmişdi. İttifaqın tanınmış şair və yazıçılardan ibarət olan üzvləri həm Pəhləvi şahlığı, həm də İslam Respublikası dövründə davamlı olaraq təqib və həbs edilmişdilər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG