Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:16

Avropa Məhkəməsi Ələkrəm Hümmətovun iddiasını təmin edib


Hazırda Ə.Hümmətov Hollandiyanın Haaqa şəhərində yaşayır
Hazırda Ə.Hümmətov Hollandiyanın Haaqa şəhərində yaşayır

Noyabrın 29-da Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Azərbaycanla bağlı daha bir şikayətə baxılıb. APA -nın məlumatına görə, özünü separatçı «Talış-Muğan Respublikası»nın prezidenti kimi təqdim edən Ələkrəm Hümmətovun şikayətinə baxılıb və qərar verilib.


AİHM Ə.Hümmətovla bağlı Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftardan qorunmaq), 13-cü (şikayətə baxılan zaman ölkə daxili hüquq müdafiə vasitələri səmərəli deyil) və 6-cı maddəsinin 1-ci paraqrafının (ədalətli məhkəmə hüququ) pozulduğunu bildirir. Məhkəmənin qərarına görə, Azərbaycan dövləti Ə.Hümmətova mənəvi zərərə görə 12 min avro, çəkilmiş əlavə xərclərə görə isə 2090 avro təzminat ödəməlidir. Bu məbləğ məhkəmənin qərarından sonrakı 3 ay ərzində ödənilməlidir.


Ə.Hümmətov ərizəsində Azərbaycanda həbsdə olduğu dövrdə ona qarşı münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftardan qorunmaq), 13-cü (şikayətə baxılan zaman ölkə daxili hüquq müdafiə vasitələri səmərəli deyil) və 6-cı maddəsinin 1-ci paraqrafının (ədalətli məhkəmə hüququ) pozulduğunu iddia edib. AİHM isə onun bu iddiasını təsdiqləyib.


Ə. Hümmətov 1993-cü ildə Lənkəranda separatçı «Talış-Muğan Respublikası» elan etdikdən sonra həbs olunub. O, 2005-ci ildə prezidentin fərmanı ilə əfv olunub və Azərbaycan vətəndaşlığından məhrum edildikdən sonra ölkəni tərk edib. Hazırda Ə.Hümmətov Hollandiyanın Haaqa şəhərində yaşayır.


Bu, Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı çıxarılan sayca yeddinci qərardır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG