Noyabrın 29-da Madriddə həmsədrlər Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşəcəklər. Hər iki görüş ayrılıqda keçiriləcək. Görüşlər danışıqların hazırkı durumu və yeni mərhələlərin müəyyənləşdirilməsinə həsr olunacaq.
Həm Məmmədyarov, həm də Oskanyan görüşdən sonra birgə nahara dəvət olunub. Bu görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının 15-ci illik konfransı çərçivəsində keçirilir.
Elmar Məmmədyarovun həm də ATƏT-in baş katibi və Finlandiyanın Xarici İşlər naziri ilə görüşləri planlaşdırılır.
Elmar Məmmədyarovun noyabrın 29-da həmçinin ATƏT-in media məsələləri üzrə xüsusi nümayəndəsi Miklos Haraşti ilə görüşü nəzərdə tutulub. Görüşdə Azərbaycanda mətbuatın vəziyyəti müzakirə olunacaq.
Həmsədrlər ötən ay Bakı və Yerevana səfər etmişdilər. Azərbaycan tərəfi bildirir ki, danışıqlar beş aydı ki, bir yerdə dayanıb.