Keçid linkləri

2026, 11 Aprel, şənbə, Bakı vaxtı 12:27

Metroda bir nəfər ölüb, bir nəfər isə yaralanıb

Noyabrın 22-də saat 14:00-da metronun «Sahil» stansiyasının platformasında 1952-ci il təvəllüdlü bir kişi vəfat edib. Meyiti müayinə etmiş həkimlərin «Turan»a bildirdiyinə görə, həmin şəxs ürək tutmasından ölüb.


Metroda daha bir hadisə isə səhər tezdən baş verib. Saat 8:00-da «20 yanvar» stansiyasında qatar gələn zaman maşinist kabinasının güzgüsü təhlükəsizlik xəttinin üzərində dayanmış sərnişinə dəyib. Zərbədən sərnişin müvazinətini itirib və ayağı qatar və platforma arasındakı boşluğa düşüb. Sərnişinin ayağı sınıb və onu açıq sınıqla xəstəxanaya çatdırıblar.


XS
SM
MD
LG