Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 23:12

«Milli həmrəylik və demokratik dirçəliş uğrunda»


«Milli həmrəylik və demokratik dirçəliş uğrunda» vətəndaş xartiyası təqdim olundu
«Milli həmrəylik və demokratik dirçəliş uğrunda» vətəndaş xartiyası təqdim olundu

Azərbaycanda milli həmrəyliyə nail olmaq üçün ümummilli konsensus formalaşdırılmalıdır. Eyni zamanda prezident seçkilərinin nəticələrinə əsaslanaraq növbəti parlament seçkilərinə qədər Milli Etimad Hökumətinin formalaşdırılmalıdır.


Bütün bu prinsiplər «Milli həmrəylik və demokratik dirçəliş uğrunda» vətəndaş xartiyasında öz əksini tapıb.


Noyabrın 21-də təqdim olunan xartiya «Azərbaycan Naminə» İctimai Forum tərəfindən hazırlanıb.


Forumun prezidenti Eldar Namazov deyir ki, siyasi məhbusların azad edilməsi və insanların siyasi baxışlarına görə, təqiblərə son qoyulması, siyasi və iqtisadi amnistiyanın verilməsi və kölgə iqtisadiyyatının ləğv edilməsi zəruridir.


Xartiyada ölkənin demokratikləşməsi üçün majoritar və proporsional seçki sisteminin bərpası təklif edilir.


Xartiyanın mahiyyətindən danışan İctimai Forumun prezidenti Eldar Namazov bildirib ki, bu sənəd Azərbaycanda avtoritar idarəçilikdən demokratiyaya keçidin zəruriliyi barədə geniş ictimai konsensus əldə edilməsinin əsasını təşkil edir.


XS
SM
MD
LG