Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:50

«Müxalifətin yurd yerini sökməyə başladılar»


Ehtimal edilir ki, Xaqani 33-də hündürmərtəbəli bina tikiləcək
Ehtimal edilir ki, Xaqani 33-də hündürmərtəbəli bina tikiləcək

«Bizim Yol» yazır ki, fəhlələr Elçibəyin otağında gecələyir.


Ötən il noyabrın 24-də 1 saylı İqtisad Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin iddiasını təmin edərək Xaqani 33 ünvanında yerləşən binanın boşaldılması barədə qərar qəbul etdi.


Elə həmin gün Xaqani 33-dəki ictimai-siyasi təsisatlar zorla çıxarıldıqdan sonra bina Müəllimləri Təkmilləşdirmə İnstitutuna verildi. İnstitutun sifarişinə uyğun olaraq binada 4 aya qədər təmir işləri aparıldı: dam örtüyü, pəncərə və qapıları, tavanı dəyişdirildi. Qəzet yazır ki, «bu dəyişikliklər üçün ümumilikdə 500 min dollar xərc çəkilib. Buna baxmayaraq, avqust ayında təmir işləri qəflətən dayandırıldı və Nazirlər Kabinetinin sərəncamı ilə binanın Hesablama Palatasına verilməsi haqda xəbər yayıldı.


O vaxtdan qapıları plomblanan məşhur bina 4 gündür heç bir rəsmi izah verilmədən sökülməyə başlayıb».


Söküntü işi ilə kiçik bir qrup məşğul olur. Onlar hər hansı şirkətin əməkdaşı olmadığını, bura sifariş əsasında gəldiklərini «Bizim Yol»a söyləyiblər. Hazırda binanın ikinci qatı sökülür. «Azadlıq» qəzetinin otaqları tamamilə dağıdılıb. Söküntünün yaxın 10 gündə tamamlanacağı bildirilir. Ehtimal olunur ki, Xaqani 33-də çoxmərtəbəli bina tikiləcək.


«Görünür, bu yerin yeni bina tikilməsi üçün satılması haqqında şayiələr gerçəkləşməyə başlayır. Hər halda, inşaatçılar dərin şaxtalar qazıblar, oradan torpaq nümunəsi götürürlər və yeraltı suların olması yoxlanılır. Amma fəhlələr bu barədə məlumatsız olduqlarını deyiblər.


Maraqlıdır ki, fəhlələr binanın yeganə salamat otağında-mərhum eks-prezident Əbülfəz Elçibəyin muzeyində gecələyirlər».


«Yeni Müsavat» yazır ki, Qobustan həbsxanasında vəziyyət yenidən gərginləşib. Ömürlük Məhbusların Yaxınlarının Komitəsindən mətbuata verilən məlumatlara görə, məhbuslar Səfa Poladov və Arif Kazımov noyabrın 13-dən aclıq aksiyasına başlayıblar. Onlar saxlanma şəraitinin yaxşılaşdırılmasını, barələrində çıxarılan ömürlük cəza müddətinin həbslə əvəzlənməsini tələb edirlər.


Demokratiya və İnsan Haqları İnstitutunun sədri Çingiz Qənizadə hər iki dustağın adının Avropa Şurasının Azərbaycandakı siyasi məhbuslarla bağlı siyahısına salındığını söyləyib: «Onların aclıq etdiyinin nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərəm. Aksiyanın tələbləri haqlıdırsa, yəni əvvəlcədən nəzərdə tutulan görüşlərinə, telefon danışıqlarına şərait yaradılmayıbsa və yaxud səhhətlərindəki problemlə maraqlanılmayıbsa, buna dərhal reaksiya verilməlidir».


Hakimiyyət «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla bağlı təkliflər zərfi hazırlayıb və bu istiqamətdə beynəlxalq təşkilatlarla müzakirələrə başlamağa hazırdır. Belə açıqlama ilə çıxış edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, artıq qanuna əlavə və dəyişikliklərlə bağlı yaradılan işçi qrupu təkliflər zərfini hazırlayıb.


Müxalifət isə hakimiyyətin «sərbəst toplaşmaq» vədlərini oyun hesab edir. Bu barədə «Ayna» yazıb. Qəzetin əməkdaşı ilə söhbətində bu fikirləri səsləndirən Müsavat Partiyası Məclisinin rəhbəri Sülhəddin Əkbər hesab edir ki, hakimiyyət heç vaxt öz marağına zidd olan tədbirlərə əl atmaz. Belə bir zamanda təmsil etdiyi partiyanın kütləvi aksiyalar keçirmək planlarını gündəmdə saxladığını deyən S.Əkbərin sözlərinə görə, kütləvi tədbirlər Müsavatın seçki strategiyası və taktikası kontekstində dəyərləndiriləcək.


«Ter Petrosyan Robert Koçaryandan da betərdir». Bunu «Üç nöqtə»yə Xocalıdan olan millət vəkili, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin təmsilçisi Elman Məmmədov deyib. O. bildirib: «1988-ci ildə başlayan hadisələrdə Ermənistanda iki lider var idisə, onun birincisi Ter Petrosyan idi. Burada fərq ondan ibarətdir ki, Petrosyan Qərbin adamıdır, Koçaryan isə Rusiyanın. Bu gün mübarizə Petrosyanla Koçaryan arasında yox, Qərblə ilə Rusiya arasında gedir. Bir tərəf istəyir ki, Koçaryan hakimiyyətdə qalsın və Ermənistan Rusiyanın müstəmləkəsindən çıxmasın. O biri tərəf də istəyir ki, Ter Petrosyan hakimiyyətə gəlsin və Ermənistan Rusiyanın müstəmləkəsindən çıxıb Qərbin əlinə keçsin».


«Arxada qalan 15 il Azərbaycanın gələcək inkişafı, zəngin və firavan dövlətimizin təminatı üçün zəmin və bünövrə mərhələsidir». YAP-ın yarandığı gün münasibəti ilə keçirilən tədbirdə partiyanın icra katibi Əli Əhmədov belə deyib.


«Yeni Azərbaycan» Əhmədova istinadən yazır ki, partiya üzvlərinin sayının artması onun gücünü göstərir.


Qəzet yazır ki, tədbirdə çıxış edən partiya sədrinin müavini Murtuz Ələsgərov deyib ki, «Heydər Əliyev dühası Azərbaycanı dəhşətli bəlalardan xilas edib». O, bildirib ki, İlham Əliyevin YAP-ın sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başlayıb. Sədr müavini qeyd edib ki, «İlham Əliyev bütün fəaliyyəti ərzində Azərbaycan tərəqqisinə, ölkədə demokratik dəyərlərin qorunmasına və inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət etmiş Heydər Əliyevin siyasi və dövlətçilik xəttini davam etdirən ən layiqli şəxsiyyətdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG