Noyabrın 17-də Azərbaycanın futbol üzrə yığma komandası Finlandiya millisinə 2-1 hesabıyla məğlub olub. Avropa çempionatının bu seçmə oyunu Helsinkidə, «Olimpiya» meydanında keçirilib.
Oyunda hesabı 63-cü dəqiqədə Azərbaycan yığma komandasının yarımmüdafiəçisi Mahmud Qurbanov açıb.
Ancaq 79-cu dəqiqədə Mikael Forsell hesabı bərabərləşdirib, 86-cı dəqiqədə isə Şefki Kuqi Azərbaycanın qapısına ikinci qolu vurub.
Əlavə olunmuş dəqiqələrdə Azərbaycan yığması finlərin qapısına qol vursa da, hakim oyundankənar vəziyyət qeydə alıb.
Bu ilin martında Bakıda keçirilmiş ilk oyun 1-0 hesabıyla Azərbaycan yığmasının xeyrinə başa çatmışdı.