Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 15:14

Əli Həsənov hökumətin jurnalistin həbsindən narahat olduğunu deyir

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov

«Azərbaycan hökuməti hər bir jurnalistin həbsindən narahatdır». Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyir.


Bununla yanaşı o, bildirib ki, Azərbaycan hüquqi dövlət olduğundan bütün vətəndaşlar kimi jurnalistlər də məsuliyyətlərini dərk etməlidirlər.


«Qənimət Zahidova gəldikdə isə onun haqqında konkret şəxs şikayət edib. İnanıram ki, bununla bağlı araşdırma obyektiv olacaq»-, deyə Həsənov bildirib.


Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə deyib ki, baş redaktorun azadlığa buraxılması xahişi ilə Daxili İşlər naziri ilə yanaşı artıq Baş prokurora da müraciət olunub.


Qənimət Zahidin vəkillərinin məhkəmə hökmündən artıq apellyasiya şikayəti verdiklərini deyiblər.


«Azadlıq» qəzetinin baş redaktoru az ağır bədən xəsarəti yetirmədə və xuliqanlıqda ittiham olunur. O, Yasamal Rayon Məhkəməsinin hökmüylə noyabrın 11-də iki aylıq azadlıqdan məhrum edilib. Jurnalistsə şərlənərək həbs olunduğunu deyir.


This item is part of
XS
SM
MD
LG