Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 04:44

Qazax rayon sakini Ermənistan tərəfindən girov götürülüb


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası Ermənistan hərbiçilərinin girov götürdüyü Azərbaycan vətəndaşının şəxsiyyəti barədə məlumat yayıb.


Komissiyadan verilən məlumata görə, bu, Qazax rayonunun 2-ci Şıxlı kənd sakini, 1974-cü il təvəllüdlü Məsim Elxan oğlu Binnətovdur. Onun hansı şəraitdə girov götürüldüyü məlum deyil.


Fakt Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyi tərəfindən təsdiqlənib.


Məsim Binnətov bu ilin noyabrın 5-də əsir düşüb. BQXK noyabrın 9-da Ermənistan ərazisində Məsim Binnətova baş çəkib. Komitədən verilən məlumata görə, M.Binnətovun sağlamlıq durumu və saxlanma şəraiti normaldır.


Girovun qaytarılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.(ANS)



XS
SM
MD
LG