«Hamı qanunvericilik çərçivəsində hərəkət etməlidir». Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim noyabrın 12-də keçirdiyi brifinqdə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinin Azərbaycanın nüfuzuna necə təsir göstərəcəyi barədə suala belə reaksiya verib: «Biz başa düşürük ki, bəzi beynəlxalq təşkilatlar və dövlətlər bu cür faktlara reaksiya verirlər. Lakin əgər belə hallar baş verirsə, onlar yalnız və yalnız qanun çərçivəsində həll edilməlidir». («Turan»)