Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 13:47

«İFES-in tədbiri Prezident Aparatının diqtəsi ilə hazırlanmışdı»


«Şəxsən mən də üç gün davam edən bu tədbirə dəvətli idim. Lakin qatılmadım»
«Şəxsən mən də üç gün davam edən bu tədbirə dəvətli idim. Lakin qatılmadım»

«İFES-in tədbirinin formatı da, gündəliyi də Prezident Aparatının diqtəsi ilə hazırlanmışdı». «Yeni Müsavat» qəzetinın noyabrın 11-də çıxan sayında dərc olunmuş müsahibəsində Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov belə deyir.


Onun sözlərinə görə, ilk növbədə Seçki Məcəlləsi (SM) dəyişilməli, seçki komissiyaları paritet əsasda formalaşmalıdır.


Namazov az müddətdən sonra seçki komissiyaları məsələsinin addım-addım ikinci plana keçəcəyi qənaətindədir: «Bu günlərdə İFES-in təşkilatçılığı ilə keçirilən tədbirin də aqibəti göstərdi ki, hakimiyyət heç bir ciddi dəyişiklik etmək fikrində deyil».


ANİF prezidentinin fikrincə, demokratik düşərgənin hamısının vahid mövqeyini formalaşdırmaq mümkün olsa, seçkilərdə qalib gəlmək mümkündür: «Güman etmirəm ki, bu ideal varianta nail olmaq mümkün olsun. Ona görə də, məncə, heç olmasa bu böyük düşərgənin əhəmiyyətli bir hissəsi birləşib vahid mövqedən çıxış etsə, o zaman seçkidə uğur qazanmaq imkanları olar».


Dörd aparıcı müxalifət partiyasının İFES-in təşkil etdiyi tədbirə qatılmaması bəzi ekspertlərdə belə rəy formalaşdırıb ki, bu fakt Qərblə müxalifətin münasibətlərinə soyuqluq gətirəcək. E.Namazov isə bu proqnozları əsassız sayır: «Şəxsən mən də üç gün davam edən bu tədbirə dəvətli idim. Lakin qatılmadım.Belə formatda müxalifət-iqtidar dialoqu ümumiyyətlə mümkün deyildi. Gündəlikdə iqtidarın və beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları hamısı göstərilirdi, müxalifət üçün ayrıca çıxış vaxtı yox idi».


«Alma» qəzetindəki «Ramiz Mirzəyevi kim əvəzləyəcək?» başlıqlı məqalədə bildirilir ki, indi çoxlarını Ramiz Mirzəyevin vəfatından sonra AFFA-nın prezident postunu kimin tutacağı maraqlandırır: «Düzdü, növbəti prezident seçkilərinə iki aya qədər vaxt var. Amma kim inanır ki, federasiyanın yeni prezidenti məhz seçkiylə müəyyənləşəcək? Məgər Ramiz Mirzəyev səsvermə yoluyla seçilmişdi?»


Fuad Musayev və Ramiz Mirzəyevdən sonra federasiyanın yeni, sayca üçüncü başçısı kim olacaq və ya ola bilər? Qəzetin iddialarına görə, «Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədov bu posta ən iddialı namizədlərdəndi: «Bu variantı inandırıcı edən iki əsas məqam var. Birincisi, yığma komandanın sükanı arxasına da məhz «Bakı»nın da çalışdırıcısı olan Qyoko Hacıyevski gətirilib. İkincisi, Hafiz Məmmədovun maliyyə imkanları kifayət qədər geniş və möhkəmdi. İndiki durumda AFFA-ya pulu, biznesi olan biri lazımdı».


XS
SM
MD
LG