Gürcü milyardçısı Badri Patarkatsişvili Gürcüstan prezidentliyinə namizədliyini irəli sürəcək. Baxmayaraq ki, Baş Prokurorluq onu dövlət çevrilişinə cəhddə ittiham edir.
Qərb xəbər agentliklərinə ünvanladığı elektron məktubunda Badri Patarkatsişvili prezident seçilmək niyyətini təsdiqləyib.
Qeyd edib ki, «Saakaşvili rejimi artıq gürcü xalqının gözündə nüfuzunu tam itirib, xalq bundan sonra heç vaxt öz taleyini ona etibar etməyəcək».
Gürcüstanda erkən prezident seçkisi yanvarın 5-də keçiriləcək.
« Georgian Times » nəşriyyatının versiyasına əsasən, Badri Patarkatsişvili dünyada ən varlı gürcüdür. Qəzet onun varidatını 12 milyard dollar qiymətləndirir.