Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:39

«Azərbaycan Respublikası PKK-nı terrorçu təşkilat kimi tanıyır»


«Mən istəyirəm ki, bütün vətəndaşlarımız bizim PKK-nı terrorçu təşkilat kimi tanıdığımızı bilsin»
«Mən istəyirəm ki, bütün vətəndaşlarımız bizim PKK-nı terrorçu təşkilat kimi tanıdığımızı bilsin»

Millət vəkili Pənah Hüseyn PKK-nın terrorçu təşkilat kimi tanınması üçün təkid etdiyini bildirib. Bu barədə o, Milli Məclisin noyabrın 6-da keçirilən iclasında danışıb.


Spiker Oqtay Əsədov parlamentin məsələ ilə bağlı bəyanat verməsində heç bir problem görmədiyini deyib. «Dünən Milli Məclis sədrinin müavinləri səviyyəsində bunu müzakirə etmişik. Komissiya yaradılacaq və rəsmi bəyanat hazırlanacaq».


Hakim YAP-ın icra katibi Əli Əhmədov Azərbaycanın artıq PKK-nı terrorçu təşkilat kimi tanıdığını bəyan edib.


«Hər hansı təşkilatı terrorçu təşkilat kimi tanınmasını Xarici İşlər Nazirliyi müəyyənləşdirir və bu də dövlətin mövqeyi kimi qəbul olunur. PKK ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə Xarici İşlər Nazirliyi tərəfindən bəyan edilib. Nazirliyin bəyanatlarda birmənalı şəkildə göstərilib ki, Azərbaycan Respublikası PKK-nı terrorçu təşkilat kimi tanıyır. Beləliklə bir dövlət olaraq bizim mövqeyimiz açıq şəkildə göstərilir. Mən istəyirəm ki, bütün vətəndaşlarımız Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıdığını bilsin».


YAP-çı deputat bəzi müxalifət partiyalarını bu məsələdən siyasi məqsədlər üçün istifadə etməkdə qınadı.


Noyabrın 5-də Sülh və Demokratiya İnstitutu Azərbaycanın PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıması ilə bağlı hakim partiya və müxalifət təmsilçilərinin qatıldığı tədbir keçirib. Tədbirin sonunda PKK-nın terror təşkilatı kimi tanınması məsələsinin müzakirəyə çıxarılması və müvafiq qərar verilməsi ilə bağlı Milli Məclisə müraciət edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG