Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Mikloş Haraşti Fətullayevin həbsinə reaksiya verdi


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, 4 dekabr 2006
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, 4 dekabr 2006

«Eynulla Fətullayevin həbsi jurnalistikanı cinayət məsuliyyətli sahələrə çevirmək və tənqidi fikirləri susdurmaq üçün repressiv qanunlardan özbaşına istifadədə dərsliyə düşə biləsi bir nümunədir».


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti «Azadlıq» radiosuna müsahibəsində «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə 8 il 6 ay həbs cəzası verilməsini şərh edərkən belə deyib: «Bu praktika ATƏT qarşısında mətbuat azadlığı sahəsində öhdəliklərin ciddi pozulmasıdır. Demokratiya üçün hakimiyyətin təmkinli olması və ATƏT üzvü kimi ölkədə hələ qalmaqda olan azad mətbuatın təqibini dayandırması çox vacibdir».



Oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə E.Fətullayev terrora çağırış, milli ədavəti qızışdırmaq və vergidən yayınmada təqsrkar bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Bir sıra beynəlxalq təşkilatlar jurnalistin həbsini pisləyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG