Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:45

«Biz zəbt olunmuş əraziləri hərb yolu ilə azad etməyə hazır olmalıyıq»


«Azərbaycan müharibə vəziyyətindədir. Biz həmişə müharibəyə hazır olmalıyıq, müharibə başa çatmayıb, yalnız atəşkəs haqqında müvəqqəti barışıq əldə olunub. Biz istənilən vaxt zəbt olunmuş əraziləri hərb yolu ilə azad etməyə hazır olmalıyıq».


«Turan»ın məlumatına görə, prezident İlham Əliyev oktyabrın 30-da Qaradağ rayonunda Dövlət Mühafizə Xidmətinin Təlim-Məşq Mərkəzinin açılış mərasimində çıxış edərkən belə deyib.


Əliyev bildirib ki, dövlət gələcəkdə də hərbi potensialını möhkəmləndirəcək. 2008-ci ildə ölkənin hərbi büdcəsi 1,3 milyard dollar təşkil edəcək. Onun sözlərinə görə, silah alınması ilə bərabər, Azərbaycan öz hərbi-sənaye kompleksini də yaradacaq.


XS
SM
MD
LG