Keçid linkləri

2026, 20 Aprel, bazar ertəsi, Bakı vaxtı 10:25

Qəzaya uğrayan vertolyotda həlak olan daha bir nəfərin cəsədi tapılıb

Xəzər üzərində vertolyotun qəzaya uğraması nəticəsində həlak olmuş 6 nəfərdən daha birinin cəsədi tapılıb. Bu, elektrik işləyən Zahid Şaşkayevdir.


Bu barədə məlumatı ANS TV-yə Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev verib. Daha bir cəsədin axtarışları isə davam edir.


«Azal-Helikopter» aviaşirkətinə məxsus «MI-8» tipli vertolyot oktyabrın 12-si qəzaya uğrayıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Yalnız o məlumdur ki, vertolyot sanitar tapşırığı yerinə yetirərkən hava şəraiti yaxşı olmayıb. Hadisə zamanı göyərtədə ekipaj üzvləriylə birlikdə 6 nəfər olub.


Qəza ilə əlaqədar Respublika Baş Prokurorluğu cinayət işi qaldırıb.


XS
SM
MD
LG